Haqqında
Məmmədova Firuzə Nurəddin qızı – 1940-cı ildə Azərbaycan Respublikasının
Xaçmaz rayonunun Canaxır kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1949-1958-ci
illərdə Hülövlü kənd orta məktəbində oxumuş və orta təhsilini gümüş medalla başa
vurmuşdur. 1955-ci ildə əla təhsil və məktəbyanı təcrübə sahəsində yetişdirdiyi yeni
meyvə sortlarına görə Ümumittifaq Kənd Təsərrüfat Sərgisinin bürünc medalına layiq
görülmüşdür.
1960-cı ildə Quba Tibb Texnikumuna daxil olmuş və 1963-cü ildə texnikumu əla
qiymətlərlə bitirmişdir. 1964-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun dil — ədəbiyyat fakültəsinə daxil olmuş, 1968-ci ildə İnstitutu fərqlənmə
diplomu ilə bitirmişdir.
1968-70-ci illərdə təyinata əsasən Naxçıvan şəhər Pedaqoji Texnikumunda və
ADPU-nun (o vaxt üçün V.İ.Lenin adına APİ) Naxçıvan filialında müəllim işləmişdir.
1970-ci ildə Bakıya qayıdaraq bitirdiyi İnstitutun Azərbaycan dilçiliyi
kafedrasında işə qəbul olunmuşdur. 1980-cı ildə “Y.V.Çəmənzəmənlinin tarixi
romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası
müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1990-cı ildən
Müasir Azərbaycan dili kafedrasında işləmiş və dosent vezifəsinə kimi yüksəlmişdir.
Firuzə Məmmədova dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi
ictimaiyyətinə yaxşı tanışdır. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş
“Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin
estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri”
monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis
alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət
etdiyi mənbələrdən biri olmuşdur. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-
2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər”, o cümlədən, “Azərbaycan
dilində söz yaradıcılığı”, “Orta məktəblərin ana dili dərslərində peşəyönümü məsələləri”
adlı elmi əsərləri çap olunmuşdur.
2
Firuzə Məmmədova bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da
müəllifidir. O onlarla magistrantın elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət Pedoqoji
Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun
da xüsusi xidmətləri vardır.
“Gümüşü damla” adlanan ilk kitabı 1973-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən
çap edilmişdir. Bundan sonra nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”,
“Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Dilək yaxasına dönnəm
yenidən”, “Aşacağam zaman adlı sədləri” “Dərd üzünü gizləyir”, “İki damla dəniz”,
“Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz
sizindir” və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla
qarşılanmışdır. 2002-2019-cu illər ərzində şairənin on cildlik “Seçilmiş əsərləri” çapdan
çıxmışdır. Ümumilikdə 42 kitabı (o cümlədən 6 tərcümə) çap olunmuşdur.
Firuzə Məmmədova (Məmmədli) qələmini nəsr və tərcümə işi sahəsində də
sınamış, dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər
görmüş — rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir.
Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü,
ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə edilmişdir.
1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir
Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən
şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir
sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2008-ci ildə Beynəlxalq Rəsul Rza
mükafatı, 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl
kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək”
ordeni ilə təltif olunub.
Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5
monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.
Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-
nun 90 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
3
Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir. Şairə 2022-ci ildə
Türkiyədə çap olunan “Söz merdivani” kitabına görə İLESAM-ın “Onur” medalı ilə
təltif olunmuşdur.
Firuzə Məmmədli ölkəmizin siyasi həyatında da fəal istirak etmişdir.
1. 1992-ci ildən YAP-n üzvü kimi Səbail rayon YAP Qadınlar Şurasının İdarə
Heyətinin üzvi olmuşdur.
2. 1995-ci ildə Milli Məclisə YAP-ın proporsional siyahı üzrə əlavə namizədləri
sırasında olmuşdur.
3. 2000-ci ildə YAP-ın Milli Məclisə namizədlərinin vəkili olmuşdur.
4. Dəfələrlə YAP Səbail rayon şöbəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.
5. YAP-ın veteranı rəsmi biletini daşıyır.
Firuzə xanım hələ tələbəlik illərində (1965-ci il) Azərbaycanın bütövlüyü və
müstəqilliyi uğrunda gənclər hətəkatına qoşulmuşdur.
* KİTABLARI
1. Gümüşü damla. Bakı, “Gənclik”, 1973, 48 s.
2. Yoluma bahar düşüb. Bakı “Gənclik”, 1978, 54 s.
3. Sənin ömrün. Bakı, “Yazıçı”, 1982, 60 s.
4. Ana dilinin (Azərbaycan dili) tədrisi prosesində ibtidai sinif şagirdlərinin peşə
təsəvvürlərinin inkişaf etdirilməsi (metodik vəsait). Bakı, 1988, 32 s.
5. Yetkinlik. Bakı, “Yazıçı” 1989,127 s.
6. Bir qarış ucalıq. Bakı “Gənclik”, 1995, 167 s.
7. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). Bakı, ADPU, 1997, 85 s.
8. Məni mənlə bölən dünya. Bakı “Gənclik”, 1999, 266 s.
9. “Seçilmiş əsərləri” I c. Bakı, “Nurlan”, 2002, 432 s.
10. “Seçilmiş əsərləri” II c. Bakı, “Nurlan”, 2002, 446 s.
11. “Seçilmiş əsərləri” III c. Bakı, “Nurlan”, 2004, 550 s.
12. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili. Bakı, 2008, 15 s.
13. Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”)
dil və üslub xüsusiyyətləri. (Monoqrafiya), Bakı, ADPU, 2005, 166 s.
4
14. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili (proqram). Bakı,
ADPU, 2005, 16 s.
15. Ömrün axarı. Bakı “Gənclik”, 2005, 320 s.
16. Dilək yaxasına dönnəm yenidən. Bakı, “Vektor”, 2006, 256 s.
17. “Seçilmiş əsərləri” IV c. Bakı, “Nurlan”, 2008, 430 s.
18. “Seçilmiş əsərləri” V c. Bakı, “Nurlan”, 2009, 412 s.
19. Aşacağam zaman adlı sədləri. Bakı “Elm”, 2010, 159 s.
20. İki damla dəniz. Bakı, “Adiloğlu”, 2011, 181 s.
21. Dərd üzünü gizləyir. Bakı, “Adiloğlu”, 2011, 159 s.
22. Azərbaycan dilinin linqvistik ekvivalentlər (dərs vəsaiti). Bakı, ADPU, 2012,
45 s.
23. Azərbaycan ədəbi dili (dərs vəsaiti). Bakı, ADPU, 2012, 49 s.
24. “Seçilmiş əsərləri” VI c. Bakı, “Nurlan”, 2012, 417 s.
25. “Seçilmiş əsərləri” VII c. Bakı, “Nurlan”, 2013, 412 s.
26. “Seçilmiş əsərləri” VIII c. Bakı, “Nurlan”, 2016, 420 s.
27. “Söz macalı”, “Qanun” nəşriyyatı, 2017, 650 s.
28. “Sözlərim gönlümü almaya geliyor”. İstanbul. Anar yayınları. 2017, 106 s.
29. “Gətir ağrıların əlindən öpüm”. Təbriz, 2017. 212 s.
30. “Seçilmiş əsərləri” IX c. Bakı, “Nurlan”, 2018, 420 s.
31. “Seçilmiş əsərləri” X c. Bakı, “Nurlan”, 2019, 500 s
32. “Nə yaxşı yaxamda söz meddalım var”, “Şirvannəşr”, 2020, 191 s.
33. “Dünya gözəlliklə dolu”, “Elm və Təhsil”, 2021, 216 s.
34. “Savaş fəsli”, “Elm və Təhsil ”, 2021, 192 s.
35. “Söz sizindir”, “Elm və Təhsil”, 2021, 189 s.
36. “Söz merdivani”. İzmir. Korkut yayımları. 2022, 112 s.
6 adda tərcümə əsəri də daxil olmaqla 42 kitab.
* DÖVLƏT, BEYNƏLXALQ MÜKAFAT VƏ DİPLOMLARI
1. 1955-ci ildə Ümumiittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc
medalı.
5
2. 1959-cu ildə Orta məktəbi bitirməklə bağlı gümüş medal.
3. 1992-ci ildə Türkiyədə düzənlənən Beynəlxalq şeir müsabiqəsinin “Əlişir
Nəvai” mükafatı.
4. 2007-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı.
5. 2008-ci ildə Prezident təqaüdü.
6. 2012-ci ildə “Tərəqqi” medalı.
7. 2016-cı ildə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin fəxri fərmanı.
8. 2017-ci ildə “Qızıl kəlmə” mükafatı.
9. 2019-cu ildə “Nəsimi” mükafatı.
10. 2020-ci ildə Azərbaycam MİHİRK-nin fəxri fərmanı.
11. 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin fəxri fərmanı.
12. 2021-ci ildə “Üçüncü Dərəcəli Əmək” ordeni.
13. 2022-ci ildə Türkdilli xalqların 15-ci şeir şöləninin diplomu.
14. 2022-ci ildə İLESAM-ın “Onur” medalı.
15. Müxtəlif illərdə YAP Səbail rayon şöbəsinin fəxri fərman və diplomları.
16. ADPU-nun fəxri fərmanları.
17. MİHİ RK-nin fəxri fərmanları
18. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Təhsil
İşçiləri RK fəxri fərmanı.
Bundan əlavə müxtəlif illərdə xarici ölkələrdə keçirilən şeir şölənləri və
müsabiqələrin xüsusi diplomları və sertifikatları.
TƏRCÜMƏLƏRİ
37. M.Qorki. Bir samovar var idi, Bakı, 1984
38. Afrika nağılları. Bakı, 1987
39. Gerşenzen. Al günün altında, Bakı, 1990
40. Kublitski. Bütün Yer kürəsi, Bakı, 1992, I hissə
41. Özbək hekayələri. “Dost əlini uzatsa” kitabında, 1993
42. Kublitski. Bütün Yer kürəsi, 1995, II hissə.