Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin beşinci cildi nəşr olunub

«Nurlan» nəşriyyatında şairə-publisist Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin beşinci cildi işıq üzü görüb. Kitabın redaktoru və «Azərbaycan poeziyasının Firuzəsi» adlı ön sözün müəllifi Vaqif Yusiflidir. Kitabda filologiya elmləri namizədi Əbülfəz Əzimlinin şairənin yaradıcılığı haqqında qələmə aldığı «Poeziyanın ruhu, ruhun poeziyası» yazısına da yer verilib. Müəllif yazıda F.Məmmədlinin yaradıcılığının əsas cəhətlərini nəzərdən keçirib. Beşinci cilddə F.Məmmədlinin...

ətraflı

Xaçmazda ədəbi-mədəni görüş: poeziya bayramı

2010-cü ilin sonlarında Azərbaycanın gözəl guşələrindən sayılan, son beş ildə aparılan quruculuq və tikinti işləri nəticəsində simasını tamam dəyişmiş Xaçmaz şəhərində tanınmış şair-nasir, publisist-tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Məmmədli ilə şimal bölgəsinin çoxsaylı oxucularının görüşü keçirildi. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev adına Mərkəzi Mədəniyyət sarayında təşkil olunan məclisdə bölgə...

ətraflı

Firuzə Məmmədli: anadan olmasının 70, ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş təntənəli məclis

2010-cü il aprelin 28-də Muğam Teatrında tanınmış şair, nasir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Firuzə Məmmədlinin anadan olmasının 70, ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan Muğam Teatrının direktoru Arif Qazıyev şairə Firuzə Məmmədlinin yaradıcılığından söz açdı, yubilyarı təbrik etmək üçün ilk sözü Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya verdi. fikrət Qoca yubilyarı Yazıçılar Birliyinin rəhbərliyi adından təbrik etdi, onun...

ətraflı