Poetik əsərlər

İLLƏRİN

Firuzə Məmmədlinin <b style="color:red">şeirləri </b>Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin?!
Saydın, seçdin, seçmələdin nə yaxşı,
Əllisini, yetmişini illərin?!

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin?!

Nəyi vardı, xəlbirlədin, ələdin,
Acısını şirininə caladın.
Çağaydımı, — laylaladın, bələdin,
Daha vaxtı ötmüşünü illərin?

Sözgəlişi dedim bunu, incimə,
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə
Gəlmişini, getmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm, beş adamdan birisən.
Çəkmə, çəkmə… Çəkəməzsən geri sən,
Ömrü talan etmişini illərin.

Eh, il vardı, vaxt əlində saz idin,
Bir sarışın, bir alagöz qız idin.
Gərək onda arayaydın, gəzəydin,
Düzü əyri bitmişini illərin.

Karvan gedib, izi qalıb yollarda,
Zaman adda tozu qalıb yollarda.
Qaytar geri, gözü qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin.

BAHAR RİTMLƏRİ

Gün — bulud əsiri, dan yeri küskün,
Yağır, yal-yamacın çəməni yağır.
Göydən Yer üzünə kəkotu, yarpız,
Göydən Yer üzünə səməni yağır.

Hələ yumuludur bahar əlləri,
Qaranquş gəlməyib, dimdiyində su.
Novruz xonçasından bağ ətri gəlir,
Gəlir, gözlərində bahar yuxusu.

İncimi səpilir qar dənəsində?! —
Bənövşə dodağı qaçır torpağın.
Gecikmiş qış baba hər dənəsində,
Elə bil mirvari saçır torpağa.

Üşüyür qar altda aldanmış çiçək,
Bu sazaqlı gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət,
Aprel yalanıymış, bahar deyilmiş.

…Elə cilvələnir aşığın təbi,
Əli üzüləmmir saz ətəyindən.
Açır boxçasını axır ki düzlər,
Bənövşə tökülür yaz ətəyindən.

Sinəsi atlanan çəməndən, çöldən,
Çiçək ətri gəlir, yaz ətri gəlir.
Daha şairlərin qələmindən də,
İncə, lətafətli söz ətri gəlir.

BAXIR

Güzgüdəki «mən»ə

Oy, bu gözlər mənimdimi?!
Mənə yaddaşlardan baxır.
Sevinci yox, kədəri yox, —
Ürəyi daşlardan baxır.

Qanadlanıb, milyon kərə
Uçuşu çırpılıb yerə.
Bəlkə, bəlkə buna görə
Həsrəti quşlardan baxır?!

Nitqi bağlı dildir daha,
Ağlaya da bilmir daha.
Axıb gildir-gildir daha,
Quruyan yaşlardan baxır.

Nə şövqü var, nə həvəsi,
Nə meyardı, nə tərəzi.
Hara dönsə, savaş gəzir, —
Ağılsız başlardan baxır.

ƏLİM

Əllərim var idi, danışan, gülən,
Əllərim var idi, — çəhrayı pilə.
Bəs hansı dözümdən göyərdi görən ,
Üşüyən əllərim, donan əllərim.

Çöhrəmin xəcalətinə,
Örtükdü, boyaydı əlim.
Səsi göylərdən gələrdi, —
Alqışdı, duaydı əlim.

Bir uğura sultan idi,
Bir hücuma qalxan idi.
Gen dünyada arxam idi,
Bir isti yuvaydı əlim.

Haram yoxdu çəkdiyində,
Biçdiyində, əkdiyində.
Ömrün səhra təkliyində,
Ləhləyən dəvəydi əlim.

lll

Çəkib bağladım qapısın,
Nə bilim, kimindi bu ev.
Pəncərə gözü də baxmaz,
Hansı miskinindi bu ev?

Maşa burda, kömür burda,
Niyə ocaq sönüb burada?
Kimin sonu gömüb burda?
Kimin ilkinindi bu ev?

Qapısını açanı yox,
Qəfil döyüb qaçanı yox.
«Harda»sı yox, «haçan»ı yox,
«Yox»un, itkinindi bu ev.

ZƏHMƏT ADAMI

Heç nə deyəmmədim,
zəhmət adamı…
Sənin gəlirin yox,
mənimsə dərdim.
Eləcə bağından bir
nar dərmişdim,
Onu dənələyib
sənə göndərdim.

Bax gör sevərsənmi
bağını özün?!
Niyə zəhmətini
dada bilmirsən?
Əkirsən, biçirsən…
min bir ümiddən
Barı bircəsini
sata bilmirsən.

Yığırsan üst-üstə
bağ əməyini.
Gəzişir barmağın
alın tərində.
Şaha əyilməyən qəddin
əyilir
Bir sınmış budağın
ətəklərində.

Daha nə söyləyim,
zəhmət adamı?!
Sənin gəlirin yox,
mənimsə dərdim.
Eləcə bağımdan
bir nar üzmüşdüm,
Onu dənələyib
sənə göndərdim…

lll

Bilirsən… Sən bir eşqin,
Sənsiz qalan yarısan.
Bir gün ümid yoxusan,
Bir gün ümid varısan.

Çatmadı əlin ona,
Olmadın gəlin ona.
İndi əcəli ona
Tərəf qaçan qarısan.

Bəxt — yalanın ağıdır,
Gün-dirilik yağıdır.
Bir bax, qürub çağıdır,
Sən qüruba sarısan.

lll

Gəlmişəm anım yerinə,
Can verim canın yerinə.
Dur, mən uzanım yerinə,
Yatdığın yer sərtdi, bacı.

Dinirəm, sözümdən axır,
Susuram, üzümdən axır.
İllərdi gözümdən axır,
Ah, bu necə dərddi, bacı?!

lll

Sevdalıyam mən əzəldən,
Seçilmişəm ən əzəldən.
Allah verən can əzəldən,
Mənlə yola getmir, getmir.

Səbr quyu, daşmaq olmur,
Qismət busa, qaçmaq olmur.
Durub bazar açmaq olmur,
Ağıl pula getmir, getmir.

Ömür verib yazı əldən,
Ümid salıb bizi əldən.
Könül qalıb — sazı əldə,
Mizrab telə getmir, getmir.

lll

Öldürdün qızıl vaxtını, —
Gözünün qurdun öldürdün.
Qəlbində bir ümid vardı,
Onu da vurdun öldürdün.

Nəyə gərək indi giley?!
Susdu səbr, dindi giley…
Gündə qınaq, gündə giley…
Sözü də yordun, öldürdün.

İman — yerdə, güman — atda,
Su qalmadı saman altda.
Yaxşılığı yaman adda,
Oturdun-durdun, öldürdün.

ÖMÜR RİTMLƏRİ

75 yaşım üçün

Doyumluq oldu bu ömür,
Bu həyat doyumluq oldu.
Mənə daha heç nə demir,
Elə bir deyimlik oldu.

Elə bir geyimlik oldu,
Dərdi, sevinci — bircə dəst.
Elə bir öyümlük oldu,
Qayğıları min ömrə — bəs.

lll

Soyuğuna göz yummadım,
İstisini soyunmadım.
Həsrətini yuyunmadım,
Oldu bütövün kəsiyi.

Çəkilməz bir yükdü demə,
Nazikləşib, tükdü demə.
Özündən böyükdü demə,
Bu ömrün əyər-əskiyi.

lll

Nə yoğurub-yapdım onu,
Nə itirib, tapdım onu.
Qayalardan çapdım onu,
Qoy yaşatsın dağ bu ömrü.

Hüsnünə gözəl demədim,
Gedişinə «gəl» demədim.
«Qal» demədim, «öl» demədim,
Daşıyıram sağ bu ömrü.

Meyl etmədi səfərlərə,
Möhür oldu çəpərlərə.
Savaşlara, zəfərlərə,
Qaldırdım bayraq bu ömrü.

Daha doydurub məni də,
Susanı da, dinəni də.
Qələm istəyir tanıda
Gələcəyə şah bu ömrü.

Neynirəm e… tanınmağı,
Kaş olmasın danılmağı.
Bir də hərdən yanılmağı,
Olmasın, Allah, bu ömrün.

Durmur qanı damarında,
Olsun Tanrı amanında.
Yetmiş beşin tamamında,
Tanıdım, vallah, bu ömrü.

Firuzə MƏMMƏDLİ

http://525.az/site/?name=xeber&news_id=37486

«Azərbaycan» jurnalı, N 11, 2012

Firuzə MƏMMƏDLİ

MƏLƏKLİK İNSANA ENİRDİ ONDA

İnsanlığa sınaq idi
Qırx bir — qırx beş arası.

Günəş tarlasında al günün altda,
Yanırdı barmağı əl boyda kəndin.
Cəhənnəm saçırdı sünbül sığalı,
Xırmanı ac idi vəl boyda kəndin.

Barmaq boydaların qılçıq barmağı
Vər boyu arayıb sünbül yığırdı.
Boylar cırtdan idi, əyilmək asan,
Odur ki cəld yığır,
yüngül yığırdı.

Çörək çıxarırdı yer damarından, —
Körpələr dayaqdı, körpələr arxa.
Çörəyi qaldıran çiyinlərdəki
Kisələr qoymurdu boyları arta.

Kisələr basırdı,
barmaq boyları
Bir buğda boyu da uzanammırdı.
Əsgər ailələri, əsgər evləri
Cəbhə sorağından qızınammırdı.

Kimin nəyi vardı; çoxmu, ya azmı —
Döyüşən orduya göndərilirdi.
Berlindən başlanan hücumun ağzı
Çevrilib Berlinə döndərilirdi.

Mərhəmət, səxavət son həddə idi,
Hamı bir — birinə hənirdi onda.
Yollar cəbhəyəydi, sərhəddə idi,
Mələklik insana enirdi onda.

MƏQAM

Nə yerə sığıram, nə göyə indi,
Yerlə Göy arası bölgüyəm indi.
Gələmmir mizana, ölçüyə indi, —
Yerimiz olmadı Yer məqamında.

Bir bağlı qapıya açar olmadıq,
Bir əcəl sevgiyə düçar olmadıq.
Tale yoxluğunda naçar olmadıq,-
Dayandıq dözümün şir məqamında.

Gələnə-gedənə əl verdik elə,
Bir isti salama yalvardıq elə.
Demə bir məqamda alverdi elə,
Dünya səxavətdi bir məqamında.

Gileydi, güzardı, gəl unudaq ta,
Yaxşı da, yaman da bizdən uzaq ta.
Hansı günümüzü bəxtə yozaq ta?!
Gömüldük dünyanın sirr məqamında.

GÖRDÜM

Yuxuda gördüm ki, mən mən deyiləm,
Süsənəm, sünbüləm, çiçəyəm gördüm.
Mən tamam başqayam, həmən deyiləm,
Quşam, kəpənəyəm, böcəyəm gördüm.

Çevirdi gözəllik üzünü mənə,
Üzü gözəllikdə güzgünü mənə.
Güzgüdə qısqandım özümü mənə,
Mən özüm özümdən göyçəyəm, gördüm.

Ömür bir çiçəkdən, gün bir çiçəkdən,
Mənə yuva hördü minbir çiçəkdən.
Nə uma bilərdim indi çiçəkdən?
Gündüzə can atan gecəyəm, gördüm.

Uzatdım, əllərim boşda qalmadı,
Bir cüt qanad olub uçdu, qalmadı.
Quş qanadlı yuxum borcda qalmadı,
Quşlar cərgəsində necəyəm, gördüm.

HƏR ŞEY

Tezliklə hər şeyin sonu çatacaq,
Tezliklə sonuna göməcək hər şey.
Məkanın zamansız anı çatacaq,
Heç olub, heçliyə dönəcək hər şey.

Çatacaq dünyanın ən soyuq günü,
Allahdan savayı kimsə yox günü.
Örtüb gözlərini bir ayıq günün,
Közərə-közərə sönəcək hər şey.

Kainat ömrünə Yer həyan imiş,
Vaxt Yerin gözündə oyanan imiş.
Yer yoxkən Kainat vaxtsız an imiş,
Vaxtının taxtından enəcək hər şey.

Zaman güclülərin gücsüzlüyüdür,
Zaman kiçildəni zaman böyüdür.
Qaldırır, endirir, əzir, üyüdür,
Zamanın çarxıyla çönəcək hər şey.

Hələ görünməyib vaxt kölə olsun,
Çəkə bilmədiyi bir şələ olsun.
Neynək, olacaqsa, qoy belə olsun,-
Qayıdıb əvvələ dönəcək hər şey.

* * *

Necə öldürürəmsə,
Dərdlərim sağdı elə.
Günün bir üzü qara,
Bir üzü ağdı elə.

Heç nə deyə bilmirəm,
Sınır, əyə bilmirəm.
Qıyıb döyə bilmirəm,
Qəlbim uşaqdı elə.

Daha coşub-daşammır,
Xəyallarda yaşanmır.
Gedir-gəlir, aşammır,-
Qarşıda dağdı elə.

* * *

Bu da ötən il oldu,
Bu bir il bizdən keçdi.
Qürubun qoyub getdi,
Dan yeri bizdən keçdi.

Apardı nəyi vardı, —
«Südlü» inəyi vardı.
Bir az göynəyi vardı,
Hər biri bizdən keçdi.

Çarəsizi, harını,
Bir yol tapıb barındı.
Saf -çürüyü arındı,
Xəlbiri bizdən keçdi.

* * *

Şeirlərim sizinlə
Daha gözəl danışır.
Mən bir az hərdən-birdən,
O, müntəzəm danışır.

Düzüb -qoşar, gap eylər,
Çözər-çözər sap eylər.
Deyərsən ki, lap elə
Təzə — təzə danışır.

Eh, sözdən söz böyüdür,
Xırdalayır, üyüdür…
Məndən eşitdiyidir,
Gəlib sizə danışır.

* * *

Yoxdu maraqlı heç nə,
Ömrü varaqla, — heç nə.
İtir, ya saxla, — heç nə;
Xatirələr xoş deyil.

Min cür əzabdan keçib,
Dərddi — əsəbdən keçib.
Haqdan — hesabdan keçib, —
Çözüləsi iş deyil.

Görən yoxdu şux daha,
Cilvələnmir çox daha.
Səmaları yox daha,
Uça bilmir, quş deyil.

* * *

Ağrılarım gözümdən
Yaş çıxara bilmir a.
Düşüb vaxtın felinə,
Baş çıxara bilmir a.

Arxalanmır asana,
Qibtəsi yox, küsənə.
Pambıqla baş kəsənə
Daş çıxara bilmir a.

Səbri küpündə qalıb,
Ömrü dibində qalıb.
Əli cibində qalıb, —
Boş çıxara bilmir a.

* * *

Daha məhəbbət kimə,
Kin kimədir, bilinmir.
Hər şey baş-ayaq olub,
Kim- kimədir, bilinmir.

Birdi yad da, yaxın da,
Tikib — quran, yıxan da.
Sudan quru çıxan da
Çimçimədir, bilinmir.

Bəstədi, ya yığmadı,
Yabançıdı, doğmadı,
Repdi, rokdu, nəğmədi,
Zümzümədi, bilinmir.
* * *

Kimsə oturub beynimdə,
Mənimlə belə danışır.
Mən danışmaq istəmirəm,
O tutur dilə, danışır.

Ordan, burdan, bağdan, dağdan,
Danışır haqdan, nahaqdan.
Gələn gündən, ötən çağdan
Ağlaya — gülə danışır.

Halım yox eşidəm, dözəm,
Osa susmur, salır üzə.
Dərdini qələmə, sözə,
Nöqtə, vergülə danışır.

DÖZMÜŞƏM

Ayağımda -ağrıların möhürü,
Məni nə Yer, nə də ki Göy götürür.
Allah, Allah, bir xoş gündən ötürü
Neçə günün əzabına dözmüşəm.

Gecə baxıb qaşqabaqlı Ay mənə,
Gündüz olub o buludlar tay mənə.
İnnən belə nə güzəran… Vay mənə,
Vay mənə ki, hesabına dözmüşəm.

Bəlkə elə söz atından düşüm ta,
Uçdum bəsdi, qanadımdan düşüm ta.
Yenilməmiş… İnadımdan düşüm ta,
Yetər bunca əsəbinə dözmüşəm.

Ümidlərin yolu — rizi məndəsə,
Qayğıların dolan gözü məndəsə,
Haqq diləyin odu — közü məndəsə,
Niyə deyim, qəzəbinə dözmüşəm?

Bu qatilin iş — peşəsi budur da,
Oyunçudu, uduzur da, udur da.
Döyə-döyə söz taxtına oturdan
Bir taleyin məzəsinə dözmüşəm.

GECƏ QAPILARI

Gecə qapıları-üzümə açıq,
Girirəm, çıxıram vaxt otağıma.
Qaranlıq vahimə doğurmur daha,
Fikrim çıraq tutub baxt otağıma.

Qaranlıq vahimə doğurmur daha, —
Küçə lampaları axır gecəyə.
Açıb gözlərini pəncərələr də,
Bərələ-bərələ baxır gecəyə.

Bütövü saxlayır para əməllər,
Ulduzlar gecədən doğulmur daha.
O qədər çoxalıb qara əməllər,
Qaranlıq vahimə doğurmur daha.

Yada salammıram, belədir, ya yox,
Qaranlıq vahimə doğurmur daha.
Gecələr beynimdə- gündüzdən ayıq,
Gecələr gündüzdən yorğundur daha.

Gecə qapıları- üzümə açıq,
Girirəm, çıxıram vaxt otağıma.
Qaranlıq vahimə doğurmur daha,
Fikrim çıraq tutub baxt otağıma.

GƏL DEYİRƏM…

Cəlaləddin Rumiyə

Çəpərləyib əllərimi göz üstə,
Çökdürmüşəm uzaqlığı diz üstə.
Köklənibdi duyğularım söz üstə,
Gəl deyirəm, mənə şeir yazdıran.

İlhamımmı, bəxtimmisən, bilmirəm.
Mənim şahlıq taxtımmısan, bilmirəm.
Dərdlə görüş vaxtımmısan, bilmirəm,
Gəl deyirəm, mənə şeir yazdıran.

Duyğum, hissim gündə bir az korşalır,
Sözdə, səsdə, ündə bir az korşalır.
Əqidədə, dində bir az korşalır,
Gəl deyirəm, mənə şeir yazdıran.

Gəl, taleyim, gəl, imanım, gəl, dinim,
Sənsiz nə qəlb, sənsiz nə də əl dinir.
Xilasımsan, gəl, sovuşdur dərdimi.
Gəl deyirəm, mənə şeir yazdıran.

Gəl ki, mənim səndən özgə kimsəm yox,
İbadətim, məscidim yox, kilsəm yox,
Sevincim yox, nifrətim yox, hirsim yox,
Gəl deyirəm, mənə şeir yazdıran.

Dəstələyib hövsələmi, səbrimi,
Aşmadım da sənsizliyin səddini.
Gəl də, yenə taxta çıxar qədrimi,
Gəl deyirəm, mənə şeir yazdıran.

* * *

Narahat fikirlər ilə
Rahat uyuya bilmədim.
Dərinləşdi dərd-sərim,
Çökdüm quyuya, bilmədim.

Üzümdə — qürubun rəngi,
Ümidlərin yorğun rəngi.
Bu qışın, soyuğun rəngin
Üzümdən yuya bilmədin.

Doydum qaçdığım süfrədən
Doydum acdığın süfrədən.
Sözə açdığım süfrədən
Daddıqca doya bilmədim.

* * *

Səbrli olmaq
tədbirli olmaq deyil.
Ən azı
ona görə ki,
səbrli olmaq
Qarabağa,
tədbirli olmaq
tarixi
Berlinə
aparan yoldur.

* * *

İrəlidə —
gözlərimdir,
ardınca —
mən, —
uzaqlaşırıq
Dünyadan.

* * *

Dara düşsən,
ünvanımı
qoy
ayağının altına,
özü səni
aparıb çıxaracaq
genişliyə.

* * *

Təkəmseyrək
çöl çiçəklərinə
küsənirəm
dibçək çiçəkləri
arasında
itib — batan
ömrümü.
Həyat
gözəl imiş.
Ancaq…
Dibçəyəcən.
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2991
«Ulduz» jurnalı. N 10, 2012
Firuzə MƏMMƏDLİ

 

DƏYİŞİR

Sökülüb yaxası, rüsvay olubdur,
Dünya öz içini gizləyə bilmir.
Orda — insan seli, burda — okean,
Qarışıb, sel seli gözləyə bilmir.

Şərdən şər törəyir, xeyrə ümid yox,
Əlini ağzına təpir fəlakət.
Qəzəblər, nifrətlər üsyan püskürür,
Monitor — fəlakət, efir — fəlakət.

Çarpaşır, dolaşır fitnəyə fitnə,
Yer Göyə qarğıyır, Göy Yeri kəsir.
Ölkələr, bölgələr qan çanağıdır,
Birinin ipini min-biri kəsir.

Dadıb taxt -tacın ləzzətini də,
Dövrün fironları tarana gedir.
Meydanlar, küçələr, dalanlar boyu
Kütlələr tıx-tıxnaş, talana gedir.

Min -min qurbanı var bir səhvin burda,
Zərbələr hədəfi ötüb yan keçir.
Ən sərrast xilaskar bombanın belə
Yolu körpələrin bağrından keçir.
Dərd dərdə söykəkdir, ağrı ağrıya,
Gözümü qan tutub, doğma yadların.
Uyub fitnələrə xilafət yurdu,
Dəyişir tarixin köhnə adları.
***

Gözümü silirəm, bacı,
Sənə göz yaşım ağlayır.
Qoşulub qəm karvanına,
Qohum -qardaşın ağlayır.

Sən idin özəyi yurdun,
Ağbirçək bəzəyi yurdun.
Sənsiz kənd -kəsəyin yurdun
Divarı, daşı ağlayır.

Fəryadım gəzər daşını,
Göz yaşım bəzər daşını.
O qərib məzar daşına
Bacın sarmaşıb ağlayır.
ADAM SEVGİSİNİ TAPMADI NİYƏ

Başımı qatıram vaxt darlığında,
Başımı qatıram, vaxt gəlib keçir.
Elə təkliyimdir axtardığım da, —
Ömrün soyuq fəsli şaxtalı keçir.

Üşüyən sözlərim qaçıb gizlənir,
Hissimdən, duyğumdan ta üz görmürəm.
Fikirlər quş kimi uçub gizlənir,
Gecəmin ardında gündüz görmürəm.

Deyən kəlmə -kəlmə izlənirəm ta,
Zamanın əlləri sıxır başımı.
Gün-gün, saat -saat üzlənirəm ta,
Daha çiyinlərim möhnət daşımır.

Atmışam dərd-qəmi, eh, mənə nə var!
Zamanın qurğusu ta mənlik deyil.
Güllənin gözündən keçir adamlar,
Mənim keçdiyim də çəmənlik deyil.

İçimi dənləyir sərçə şübhələr,
Kimliyim künc-bucaq gəzir, qısıla.
Çəkir inamımı, mərcə şübhələr,
Dönürəm gözümdə səhvə, qüsura.

Niyə ögəy oldu adam adama?
Adam sevgisini tapmadı niyə?
Bu anam adama, atam adama
Dünyaca sevgimiz çatmadı niyə?

Sözdü də, deyirəm, eh, mənə nə var?!
Zamanın qurğusu ta mənlik deyil.
İynənin gözündən keçir adamlar,
Mənim keçdiyim də çəmənlik deyil.
***

Bağ belə, bostan belə,
Səhv belə, nöqsan belə,
Peyğəmbər olsan belə,
Sənə inanmaq -çətin.

Təpə deyil, dağ olub,
Gülüş olub, lağ olub.
Haqq dönüb na…haq olub,
Olanı danmaq -çətin.

Hər ünvana tuş deyil,
Dərd düzələn iş deyil.
Eh, bir deyil, beş deyil,
Hamısına yanmaq-çətin.
***

O gün
küləyə dedim ki,
elədiklərini
çırpsın
eləmədiklərinin
başına,
daha mənim
başıma yox.
***

Kəndirdən asılmış
balıqdı günlər.
Dərdlərimizin
yanğısı altında
çapalaya -çapalaya
ölüb gedir.
***

İçərimizin
bir addım
«İrəliyə!» çağırışı
hər dəfə
bayırımızın
«Geriyə!» əmrindən
səksənib,
iki addım
geri atılır.
Geridə isə —
quldarlıq
yeni dövrün
standartları üzrə
manevr
keçir.
***

Təkənin ölümü ilə
çobanın çomağı
arasında
bir addım məsafə
qalıb.
Görək də —
ya təkə
çomağa doğru
gedəcək,
ya da
çomaq
təkədən
yaxa qurtarmağın
yolunu tapacaq.
***

Açıq qapıdan
keçmək də
hər oğulun
işi deyil.
Əgər qapı arxasından
xoruzun
quyruğu görünürsə.
***

Toy mərasimində
oxunan mahnılar
adamların
qulağından
yapışıb,
rəqsə
dəvət edirdi.
***

Şou müqəvvaları
hərəsi bir azarkeşin
qoltuğunda
şöhrət pilləkənlərini
beş -beş
hoppanıb çıxırdı.
***

Başıalovlu xəbərlərin
rəngi
ağappaq ağarmışdı.
***

Yerin üstü əl çirkiydi;
Yuyula -yuyula
gedirdi.
Təbiət
tumar gözləyirdi;
insan isə
tumar əvəzinə
qumarla ovundururdu
təbiəti.
***

Ölkələr
bir -birinin
əlindən yapışmaqdansa,
qulağından yapışıb
çəkirdi.
Güclülər
gücsüzləri
cibinə dürtməklə
məşğul idi.
Ağlını itirmiş
siyasət
güclülərin çəkmələrini
silirdi.
***

İndi
tüstü
bacalardan yox,
adamların
təpəsindən çıxır;
hamı
közü öz qabağına
eşməklə məşğuldu.
Köz də ki…
Məlum məsələdi, —
yanmağı varsa.
yandırmağı da var.
***

Heç kəs
başqasının çaldığına
oynamaq istəmirdi.
Yəni
hamı,
çalğıçı olmuşdu, —
Hərənin
ağzından bir hava
gəlirdi.
***

20 yanvardan
başlayan ağrını
çəkib gətirdim
ürəyimin başına.
Gözlərimin yaşı
niyə qırmızı idi,
bilmədim.
***

Bəlkə
əlimi üzümə
çəkim.
Salavat yeri
üzümün
suyunu töküb.
***

Ərin
əlləri ağrıyırdı,
arvadın
üzündəki
qançırlar.

arvad dözmədi;
ərinin əllərini
üzünə tutub
həkimə
getdi…
***

Qocala qocala
gedir
üzümün
dərdə söykəyi.
***

Kələk
üzünə
ələk tutmaya
bilməzdi.
Kələyin
bütün ilmələri
ələkdən keçirdi.
***

Gecə işıqları
binaları
başına qaldırmışdı
ki,
hamı görsün.
Binalar
gecə paltarında
nə gözəlmiş!..
***

Ehtiyac
gözünü sildiyi
dəsmalı
unudub
otel otağında
qoymuşdu.
Daha
heç biri
bu otağa
dönməyəcəkdi…
Nələr
olmur dünyada,
İlahi!…
***

Zaman
gərəkli
əllərdə idi.
Elə hey,
yolları
Ütüləyirdi ki,
Gedənlərinin yerinə
gələnlərinin
ayağı
büdrəməsin.
***

Təkəmseyrək
çöl çiçəklərinə
küsənirəm
dibçək çiçəkləri
arasında
itib-batan
ömrümü.
Həyat
gözəl imiş.
Ancaq…
Dibçəyəcən.

http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2918

 

 

 

 Firuzə Məmmədli
(2011-ci ilin son şeirlərindən…)
 Xatirə
 Türkcənin Uluslararası
 Şeir Şöləni növbəti dəfə
 Fransanın Strasburq
 şəhərində keçirildi…
Dünyanın hər yerindən
Yığılıb gəlmişdilər.
Qayğıdan, məhəbbətdən
Yoğrulub gəlmişdilər.
Doğma türk dillərində
Çağrılıb gəlmişdilər.
Strasburq türk dilində
Şeir deyirdi o gün.
Bütün səviyyələrdə
Türk diliydi danışan.
Elə tarixcə qədim
Bir dil idi danışan.
Ünsiyyət– quş dilində;
Bülbül idi danışan.
Strasburq türk dilində
Şeir deyirdi o gün.
«Avropa birliyi»nin
Divarları – qulaqda,
Türk dili şeir deyir
Sülh və azadlıq haqda.
Deyirdi Qarabağdan
Danışırdı İraqdan,
Əfqandan, Fələstindən,
Sevgidən, məhəbbətdən,
Bir də uca Allahdan
Strasburq türk dilində
Şeir deyirdi o gün.
Şeir axıb gedirdi
Reyn çayı boyunca.
Bayır-bucaq, çöl-çəmən
Şeir içirdi doyunca.
Payız yarpaqlarıydı
Şeir ardınca söyüncək, –
Strasburq türk dilində
Şeir deyirdi o gün.
Türkün böyük oğlunun
Hünəri səslənirdi.
Altaydan Pireneyə
Səfəri səslənirdi.
Atatürkün, Heydərin
Zəfəri səslənirdi, –
Strasburq türk dilində
Şeir deyirdi o gün.
Şeirin qanı qaralır,
Durulurdu türkcədə.
Dünyada yeni dünya
Qurulurdu türkcədə.
Bəşər şeirin dilinə
Vurulurdu türkcədə.
Strasburq türk dilində
Şeir deyirdi o gün.
Şerin öncəgörümü
Həqiqətdi, gerçəkdi:
Deyirdi, türk xalqına
Ərmağan gələcəkdir;
Siyasət kürsüsünə
Ərdoğan gələcəkdir…
Strasburq türk dilində
Şeir deyirdi o gün…
2011
  “525-ci qəzet”də nəşr olunmuş yeni poetic əsərlər…
Cəngi çalın
Cəngi çalın,
Səngərimiz оyansın.
Cəngi çalın,
Gənclərimiz оyansın.
Cəngi çalın,
Minbərimiz оyansın,
«Cihad» dеsin
Namaz üstdə
Duranı,
«Cihad» dеsin
Dəstəmazı,Quranı.
Cəngi çalın,
Özümüzə gələк biz.
Bəsdi tutduq
Üzümüzə ələк biz.
Niyə, balam,
Məğlub кimi.
Pеşman кimi
Davranaq?
Cəngi çalın,
Düşmən ilə
Düşmən кimi davranaq!
 2009
  ***
Söz кi оldu кələf ucu.
Dеməк yönü hədəfədir.
Hеç nə mənim yaddaşımı
Bu söz qədər ələmədi.
Qırıb-töкdüm söz cildini,
Hərfbəhərf кiçildimi?
Sözün üstdən кеçildimi,
Ümid ancaq qələmədir.
Yеnildinsə qəfil sözə,
Vaхtında vur qıfıl sözə.
Dar ayaqda qısıl sözə,
Söz döyüşsüz qələbədir.
2011
  Adı оnda Yеr idi
Ağrılayan, хatırlayan yох daha,
Dəsmallayan, ətirləyən yох daha,
Misralayan, sətirləyən yох daha,
Bu yiyəsiz dünyanı.
Zaman ilə yоldaşlığı var idi,
Dərddaşlığı, yurddaşlığı var idi.
Haçan bеlə puldaşlığı var idi
Bu yiyəsiz dünyanın?!
Çəк-çеviri, qоy-götürü az dеyil,
Düşmən ilə dil-tavaza düz dеyil.
Mən biləni, daydayısı saz deyil
Bu yiyəsiz dünyanın.
Еlə yıхıb-sürüməyi var daha,
Sоylu-кöкlü кürüməyi var daha.
Diri-gözlü çürüməyi var daha
Bu yiyəsiz dünyanın.
Dağı çöкür, dənizləri qabarır,
Sокüb-töкür, — ənbizləri qabarır.
Nöкərləri, кənizləri qabarır
Bu yiyəsiz dünyanın.
Zaman vardı, müqəddəsdi, pir idi,
Qabarmalar, çəкilmələr sirr idi.
Bizimкiydi, adı оnda Yеr idi
Bu yiyəsiz dünyanın.
Çaş-baş оlur ölüm-dirim savaşda,
İtкin düşür üçdə biri savaşda.
Кim vеrəcəк görən yеrin savaşda
Bu yiyəsiz dünyanın?!.
 2011
 ***
Əzabımın gözləri
Dоlub, ağlaya bilmir.
Açılır dərd bохçası,
Yеtib bağlaya bilmir.
Ağlayammır yеtəni,
Artır ölüb-itəni.
Əllərindən gеdəni
Tutub saхlaya bilmir.
Qayğıları – ziyada.
Sarılıb bu həyata.
Bəхt atlı, о piyada,
Çatıb haqlaya bilmir.
2011
  ***
Кеyfinə sоğan dоğrama,
Кеyfin əlində saz gəlir.
Bir bоylan dünyaya tərəf.
Gör nə fərəhli yaz gəlir.
Оvcunda Nоvruz хоnçası,
Gözündə nərgiz qönçəsi.
Кəndin ələfi, yоncası
Mart çıхınca taraz gəlir.
Şəhərdə Nоvruz şamları
Gündüz еdib aхşamları.
Еvdə qalan adamları
Кüçədəкindən az gəlir.
2011
Avtоqraf
Yazdıqlarım dərd gözünə охdusa,
Daha bundan оyanası yохdusa,
Dеyinməyi, bеzdirməyi çохdusa,
Nеynim, dərdim mənlə bağrıbadaşdı.
Nə ararsız bu Firuzə adında?-
Ağrısıdır dоğmanın da, yadın da.
Açması da «ağ baхtlı bir qadın»dı,
Di gəl, еlə dərd оnunla adaşdı.
Təlatümdü duyğuları, hissləri.
Gah qabarır, gah çəкilir, gizlənir.
Hara gеtsə, hardan gəlsə, sizlədir,
О həyandır, о bacıdır, qardaşdır.
Yеtmiş ildə yеddi dоstu оlmadı,
Оlanı da оna təsкin оlmadı.
Qismətinə asi, кüsкün оlmadı,
Hamı dеdi, — ya divardı, ya daşdı.
Zaman оna tuşladı кi, süngüsün,
Duran yеrdə aхşamlasın gündüzü.
Nеcə əкdi, əyri bitdi dümdüzü,
İndi ömrü qalmaqaldı, savaşdı.
 2011
Dоst nəsihəti
Ölçün dərisinə sığmır dеyəsən,
Özünə dəri al, çох baha dеyil.
Qоnşun еlə dəri yığır dеyəsən.
At dеyil, div dеyil, əcdaha dеyil.
Dərini dəyiş кi, için еybi yох,
Baхana, görənə təptəzə görün.
Nеcə düşünürsən, düşün, еybi yох,
Aхır кi qınından çıх, gözə görün.
Işin sеyrəк vaхtı оrtada fırlan,
Hamıya gülümsə, hamıyla danış.
Lap еlə gеt bir az оrduda fırlan,
Dinəndə höкm ilə, tоn ilə danış.
Ucadan danışıb alçaqdan еşit,
Çəкindir də hərdən, hürкüt də hərdən.
Dоğru söz istəsən, uşaqdan еşit,
Gərəкdir оlasan tülкü də hərdən.
Daha zamanın кi fil qulağı yох,
Ayıqlıq-sayıqlıq кünc-bucaq gəzir.
İti оlanın da it yalağı yох,
Bilinmir, кim çiyin, кim qucaq gəzir.
Dəyişən zahirin zühurun оlsun.
Uğura yоl tapıb öndə çapan оl.
Çalış adın оlsun, möhürün оlsun,
Hind оl, ingilis оl, rus оl, yapоn оl.
Aхır nə оlursan, özündən danış,
Dе кi, yекələrlə dоstsan, tanışsan.
Yalanın ağından, bоzundan danış,
Tərif еşitməzsən dоğru danışsan.
Daha hər əməlin qapısı açıq,
Dəri dəyişməк də hеç günah dеyil.
Çеvir astarını üzünə, qurcuх,
Üzün mеhrab dеyil, səcdəgah dеyil.
 2011
  İşlərin
Qapaqapda qalib gələn haqlıdır,
Düzüb-qоşan fərasəti, ağlıdır.
İхtiyarın bir fitinə bağlıdır
Düzülməyi, üzülməyi işlərin.
Hər şеy еlə öz əlində dеyilmi,
İmкanında, özəlində dеyilmi?!
Bircə кəlmə söz əlində dеyilmi
Əyilməyi, düzəlməyi işlərin?
Yaхşı nə var оnunкuymuş, qоy оlsun.
Bəlкə yеddi arхasını dоyursun.
Dastan оlub düz-dünyada dеyilsin
Оd qiymətə кözərməyi işlərin.
 2011
***
Babalar
Əyri оturub.
Düz danışa bilirmiş,
Nə qədər əyri
Оtursaq da,
Danışdığımız
Düz оlmur.
Bəlкə günah
Оturduğumuz
Yеrdədir.
 2010
  ***
 Sоnuncuya dоğru
 Sоn addıma
 Sоn ümid də
 Qırıldı.
 İndi
 Çılpaq ağacların
 Bu dağında
 Təbiətin
 Sarı bayraq кimi
 Yеllənən
 Bircə yarpaq sarısı
 Qalmışdı
 Udmağa.
 2010
 Ümid bazarı
Ümid bazarında – кüçə yığışı,
Ümid bazarında bоrcumuz qaldı.
Tutb sağam gərəк yağan yağışı,
Dönüb baхam gərəк – nə qalmaqaldı.
Bəlкə yağış dеyil bu yağan еlə,
Ümid bazarına hərəкət yağır.
Alırıq hər gün dərd sоrağın еlə,
Dеyirlər, dərd dеyil, bərəкət yağır.
Ümid üzünün də tərsi – mənimlə,
Ümid üzündən də кеçəsi оldum.
Gеdəni varsa, qоy gəlsin mənimlə,
Mən bеlə bazardan кöçəsi оldum.
Çəкdiyim nələrdi, bir Allah bilir,
Gördüyüm nə varsa, gözümdən gəlib.
Dərdimi yоl üstdə duranlar bilir,
Mənə nə gəlibsə, sözümdən gəlib.
 2011
***
Çətini arхada qaldı,
Asana dоğru gеdirəm.
Nə qaldısa, yada qaldı,
Yadlardan оğrun gеdirəm.
Örtdüyüm qapıdan кеçdim.
Ruh idimsə, adam кеçdim.
Еh, nə yaхşı asan кеçdim,
Yохalıb ağrım, gеdirəm.
Dördü, bеşidi, gələcəк,
Talе işidi, gələcəк.
Düşmən еşidib gələcəк,
Dоstu çağırın, gеdirəm.
 2011
 Bir dəfə
Bir dəfə gündüzü gеcə bilmişdim,
Ölüm sərhəddini кеçə bilmişdim.
Bir dəfə dünyadan кöçə bilmişdim.
Di gəl, dünya məndən кöçmədi оnda.
О qоvan оlmuşdu, qaçansa məndim,
İlahi, о qaçqın haçansa məndim.
Bağlayan о idi, açansa məndim,
Bəхtimi ömürlə ölçmədim оnda.
Rahatlıq gələndə narahat idim,
Dərd-bəla önündə farağat idim.
Оnda gördüкlərim zarafat idi,
Nə yaхşı, həddini кеçmədim оnda.
 2011
Nеcədir
Səni кim bəzəyib, ay qaragünlü?
Çölün göz önündə, için nеcədir?
Hansı оyundandı yеdiyin zərbə?
Dоdağın parlayıb, dişin nеcədir?
Gözünün altını fənərləyiblər,
Qоrunmaq imкanın qоlubağlımı?
Burnunu nə qəşəng hamarlayıblar,
Niyə gözlərində кişi ağrımır?
Nеcə girmişdinsə, dеyə bilmərəm,
Yaman qulaqları iri çıхmısan.
Еlə çırpıblar кi, sən bu döyüşdən
Allaha şüкr еlə, diri çıхmısan.
Rəqibin pələngdi, şir idi yохsa,
Döyə bilmirdinsə, didişdirəydin.
О zalım sеhrdi, sirr idi yохsa,
Barı bircə кəllə ilişdirəydin.
Səni кim bəzəyib, ay qaragünlü?
Çölün göz önündə, için nеcədir?
Hansı оyundandı yеdiyin zərbə?
Dоdağın partlayıb,
Dişin nеcədir?
 2011
Firuzə Məmmədlinin «Ədəbiyyat qəzeti»ndə getmiş yeni şeirləri
Zəngin yaradıcılığın yeni səhifələri
Çağdaş Azərbaycan ədəbiyyatında Firuzə Məmmədlinin imzası özünəməxsus yer tutur. Çoxşaxəli yaradıcılığa malik Firuzə xanımın uzun illərdən bəri həm poeziya, həm nəsr, həm də publisistika sahəsindəki uğurlu fəaliyyəti onu Azərbaycan ədəbiyyatının dəyərli nümayəndələrindən biri kimi tanıdıb. Firuzə Məmmədlinin qələmindən çıxmış çox sayda şeir, hekayə və digər janrlarda olan əsərlər müəllifinə böyük uğur gətirib, ona geniş oxucu məhəbbəti qazandırıb. Ömrünün yeddinci onilliyinə yekun vuran Firuzə Məmmədli bu gün də coşqun yaradıcılıq ilhamı ilə yazıb-yaradır, əsərlərilə oxucuları sevindirməkdə davam edir.
Təbii ki, yubilyar ədibimizin yaradıcılığı tədqiqatçıların diqqətindən kənarda deyil, onun əsərləri haqqında ardıcıl olaraq məqalələr, araşdırmalar qələmə alınır. Təqdim etdiyimiz yazı da belə məqalələrdəndir. Həmçinin yubileyi münasibətilə Firuzə xanımın keçən il yazdığı şeirlərindən bir neçəsini oxucularımıza təqdim edir, müəllifə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Şair qadınıq
Gəlsək, təzə gəlir, tər gəlirik biz,
Hissə düşüncəyə yar gəlirik biz.
Həya, abır gəlir, ar gəlirik biz ,
Şerin yaşmağıyıq, nazıyıq elə.
Möhürdü, basılır söz alnımıza,
Dözüb, alışırıq biz alnımıza.
Tanrıdan aşağı öz alnımıza
Əlimizlə qonan yazıyıq elə.
Bizi görsələr də, görməsələr də,
Çəkir çöhrəmizi gölməçələr də.
Bir qala bürcünə hörməsələr də,
Bu bəxtdən, taledən razıyıq elə.
Zamanıq; yaxına, dosta ömürük,
Alışdıq — ocağıq, söndük — kömürük.
Sözdə doğuluruq, sözdə ölürük,
Qismətin çoxuyuq, azıyıq elə.
İstiyik, oxşasa doğma əl bizi,
Kövrəyik; sınırıq, əysələr bizi.
Naləyik, fəryadıq, çalsa dərd bizi,
«Yanıq Kərəmi»nin sazıyıq elə.
Qardaşa qardaşıq, övlada ata,
İgidik cəbhədə, ərik davada.
Bir çınqı işığa, bir çınqı oda
Qatın, qəlbinizin közüyük elə.
Üzdə söz-söhbətin, içdə adınıq,
Şair doğulmuşuq, şair qadınıq.
Nə bir şöhrətinik, mükafatınıqů
Di gəl, səbrimizin diziyik elə.
***
Öldürürsən, diri baxır,
Hər qaş altdan biri baxır.
Gözlərin nə iri baxır,
Gözlərini dərd böyüdüb?
Tanrı qəmə büküb verib
Kirpiyinə tikib verib.
Bizə iki-iki verib,
Səninkini dörd böyüdüb.
***
Baş tutmasa bu sevda,
Hönkürüb gedəsiyəm.
Oda düşən qəlbimi
Söndürüb gedəsiyəm.
İsinməsəm istimə,
Kor olacam tüstümə.
Düz dünyanı üstümə
Güldürüb gedəsiyəm.
Əcəl kəssə yanımı,
İçəcəyəm qanımı.
Dirilsə, bu canımı
Öldürüb gedəsiyəm.
Nə fayda
Qədiri yox, qiyməti yox bu şerin,
Yaxasına gül taxıla, nə fayda?
Öz-özümdən küsüb durum-durmayım,
Ya ovunum bu nağıla, nə fayda?
Havalanıb, qanadlanıb uçurlar,
Görən kimi oxşayırlar, qucurlar?
Kimə qalır əziyyətlər, əcrlər,
Deyək elə mən fağıra, nə fayda?
Yollarımda tələydimi, bilmirəm.
Düzüb-qoşan fələkdimi, bilmirəm.
Əvvəlindən beləydimi, bilmirəm,
Uyub durdum bu ağıla, nə fayda?
Əlindədi sehr günüm, sirr günüm,
Zikr günüm, dua günüm, pir günüm.
Tutula ha, onsuz keçən bir günüm
Lap şəkərə, lap noğula, nə fayda?
Biçib-töbkdü doğru-yalan bu ömrü,
Şeir adda eşqi — haram bu ömrün.
Məndən sonra ona qalan bu ömrün
Sevincindən qəm doğula, nə fayda?!
Dünənki
İnnən belə şənbə-bazar, — fərqi yox,
Ömrün bəzək-düzəyinə sərgi yox.
İşsiz ğünün, bekar ğünün dərdi yox,
Açan səhər, gələn sabah — dünənki.
Bişir, düşür, hərlən, fırlan, otur, dur,
Hər anını bir saata ötür, dur.
Nə tapmısan ömür boyu, itir, dur,
Oruc, namaz, savab, günah — dünənki.
Nə vecinə, saralan kim, solan kim,
Ğördüyündə həqiqət kim, yalan kim,
İnnən belə elə hərlən dolan ki,
Ğörən desin, — bu qız, vallah, — dünənki.
Dünənkinin gözü yoxdu sabahda,
Bir özünütəkrar gözlər qabaqda.
Dünənkini yamanlama nahaqdan,
Başın üstdə — qadir Allah dünənki.
***
Mənə tanış gəlmirsən,
Yaddaşım əzab çəkir.
Tutmusan əllərimdən,
Əllərim cəza çəkir.
Nə yaxınıq,nə uzaq,-
Gah udaq, gah uduzaq.
Özünə çəkən uşaq
Bir az da bizə çəkir.
Dostmuyuq, tanışmıyıq,
Hər nəyik, danışmayaq.
Durmuşuq tanışsayaq,
Yox, bizi nəsə çəkir.
***
Vaxtın çəkçevirində
Hər an — bir zərbə kimi.
Yamanlığın üzündə
Yaxşılıq — pərdə kimi.
Qismət mənə üz tutdu,
Əyri idi, düz tutdum.
Köhnə yaram köz tutdu
Bu təzə dərdə kimi.
Söz-söz ac oldu mənə,
Sirri açıldı mənə.
Dünya uçuldu mənə
Namərddən mərdə kimi.
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2593
«Azərbaycan»
jurnalında 2010-ci ildə dərc olunub
POEZİYA
Firuzə MƏMMƏDLİ
BU QALANIN
Qala şəhəri — İçərişəhər,
bu gün sənin içində
nələr baş verir?!
İgidləri papaq altda çox qalmadı,
Xainləri itib-batdı, çoxalmadı.
Daş da olsa, sinəsində ox qalmadı
Bu qalanın.
Bürclərində nəyi vardı, yelə verdi,
Dözümlüydü, it də olsa, yola verdi.
Satılmadı, zaman özü ələ verdi
Bu qalanı.
Hər döyüşdən sonra bir boy ucalırdı,
Tarix onda qədimləşir, qocalırdı.
İgidləri duruşundan güc alırdı
Bu qalanın.
Nə azmanlar görmüşdü o, bürc ovcunda, —
Uyumazdı, vaxt — gözündə, güc — ovcunda.
Qoç igidlər yetişərdi qoç ovcunda
Bu qalanın.
Bir vaxt qəfil top səsindən dara düşdü,
Eh, nə oldu — tor quranı tora düşdü, —
Ayağının altındaca gora düşdü
Bu qalanın.
Gedənə də, gələnə də şahiddi o.
Sahiblənmək istəyənə sahibdi o.
Ömür olub, ömürlərə sahildir o, —
Cırnatmayın bu qalanı.
2008
SÖZ
Çapdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.
Uzaqda yox, alnımdaydı,
Açar oldum söz qəlbinə.
Xoş üzümlə, sərt üzümlə
Məni saldı öz qəlbinə.
Nə sirri var, açdı-tökdü,
Mənə saldı mehrini də.
Əziz tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım, seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
Söz — hasardı, söz — divardı,
Dünyanın iç qapısıdı.
Açmadınsa, düz divardı,
Açdınsa, keç, qapısıdı.
2008
TƏZƏ İL NOVRUZDUR
Gah yağış yağacaq, gah qar səpəcək,
Göyün sinəsində nə var, səpəcək.
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.
Nə verib alammır qış bu fəsildən,
Aşır başımızdan iş bu fəsildə.
Bir budağa quş ol, uç bu fəsildən,
Bahara aparan yolumuza alqış.
Tonqallar çırtlayır yollar boyunca,
Şamlar, yelləncəklər — oyun-oyuncaq.
Mahnılar, oyunlar, rəqslər — doyunca, —
Yallıya çatılan qolumuza alqış.
Kosa saqqal umur təkədən bu gün,
Doyammır loxmadan, tikədən bu gün.
Qışın bağrı çatlar hikkədən bü gün,
Bu gündən başlayan ilimizə alqış.
Döyür qapıları Axır çərşənbə,
Əfsanə çərşənbə, nağıl çərşənbə.
Dolur papaqlara noğul çərşənbə,
Yeni halımıza, günümüzə alqış.
Dilin də, dinin də qədimi — bizdə,
Pirin, peyğəmbərin qədəmi — bizdə.
Axtarsan, taparsan Adəmi bizdə,
Halal yurdumuza, yerimizə alqış.
Gah yağış yağacaq, gah qar səpəcək,
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.
2009
GÜLƏ — GÜLƏ
Bu da bir ömürdü, sərt üzü — səndə,
Bu da bir gecədi, gündüzü- səndə,
Keçdiyin küçədi, ən düzü — səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.
Çəkildi əlçatmaz göyün bu bəxtə,
Düşmədi eşiyin, evin bu bəxtə.
Sınma, gileylənmə, sevin bu bəxtə,
Gəldisə ömrünə gec gülə-gülə.
Alış; doğmasına, yadına baxma,
Yaşa; ünvanına, adına baxma.
Sevda şərbətdisə, dadına baxma,
Verilir, çək başa, iç gülə-gülə.
Nədir taleyində bu ağ, bu qara?!
Paran bütövləşməz, bütövün — para.
Səni əzablara, iztirablara
Əkəni ömründən biç gülə-gülə.
Canından artıqmı can qoyduğun kəs?!
Heç kəs arşınını sən qədər ölçməz.
Ya qopar qəlbindən, ya qoparma, döz,
Axır ki, birini seç gülə-gülə.
Bu da bir ömürdü, sərt üzü — səndə,
Bu da bir gecədi, gündüzü — səndə,
Keçdiyin küçədi, ən düzü — səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.
2009
* * *
Bir yarımçıq şeirim ola,
Qayıdam, gələm üstünə.
Söz mənim üstümə qaça,
Mən qaçam qələm üstünə.
Susmaqdan yorulub qaçam,
İş-gücdən dərilib qaçam,
Ölüyəm, dirilib qaçam,
Diriyəm, öləm üstünə.
Geninə-boluna düşə,
Oxucu toruna düşə, —
İş-gücüm yoluna düşə;
Tökülə aləm üstünə.
Bilirəm ki, yenə qalan,
Bəlkə, aya, günə qalan,
Pay-pürüşdən mənə qalan
Ömrümü böləm üstünə.
2008
QURUYAN AĞACLARIN
Payızın sarı simidir,
Qəribdir, ömrüm kimidir.
Doğranır, ağrı dəmidir
Bu quruyan ağacların.
Ağarası günü yoxdu,
Qılınc imiş, qını yoxdu.
Vur boynunu, qanı yoxdu
Bu quruyan ağacların.
Nə meyvəsi, nə dadı var,
Nə anılası adı var.
Dondun, isidən odu var
Bu quruyan ağacların.
2008
SƏN BELƏ İSTƏDİN, QOY OLSUN, NƏ QƏM
Dəli sevdaların ipini çəkdim,
Keçirdim ağlımı vaxt ələyindən.
İstək yollarından izimi çəkdim,
Sildim bu borcu da öhdəliyimdən.
Nə məni axtarar, nə səni tapar,
Qalan duyğuların gözü tox daha.
Arayar öləni, itəni tapar,
Yaddan — yadı tapar, səni yox daha.
Sən mənə — yox kimi, mən — sənə indi,
Yaxınlıq bilməyən həddə durmuşuq.
Maraq hədəfiyik yetənə indi,
Bir yetik ünvanda, adda durmuşuq.
Təsbehəm əlində xatirələrin,
Fikrimin sapında hər gün — bir dənə.
Çəkib isti, soyuq gün dənələri,
Atıram dünənə, srağagünə.
Başqa gün olacaq sabah, bilirəm,
Sabahdan sonra da sabahlar — sənsiz.
Yenə olacağam, vallah, bilirəm,
Necə var idimsə qabaqlar sənsiz.
Sən belə istədin, qoy olsun, nə qəm!
Mən də bu istəyin ortağı idim.
Sən deyən elə də aciz deyiləm,
Mən səni itirmək qorxağı idim.
2009
ÇOXUMUZDAN CAVAN BACISAN
Ağır xəstə yatan bacım Həziran üçün
Ömründü ətirli yaz çiçəkliyi,
Niyə əzizlədin bu qış təkliyi?!
Götürdün çiyninə ağbirçəkliyi,
Baxma, çoxumuzdan cavan bacısan.
Di dur, qalx ayağa, yatdığın bəsdi.
Səni yumşaq yataq doğradı, kəsdi.
Sən axı hamıdan, axı hər kəsdən
Əvvəl bir qurtuluş bulan bacısan.
Yastıqlar dəstəkdi hər qoltuğunda,
Yatırsan bir qansız şər qoltuğunda.
Üstünə qaçırdıq dərd qoltuğunda,
Bizə arxa, dayaq olan bacısan.
Nə idi qəddini əyən, bilmirik,
Sorursan, necəyik, deyə bilmirik.
Ay yastığı yüngül, bəyəm, bilmirik,
Hamımızın dərdinə qalan bacısan.
Ömür — qayğı yüklü ağır qatardı,
Alıb hərəmizi, bir yola vardı.
Əlimiz uzandı, sənə çatardı,
Neynək, ağrımızı alan bacısan.
Əhvalayrıcda da, halayrıcda da,
Sən biz soraqlısan ilayrıcda da.
Elə bu durduğun yolayrıcda da
Soraqdan-sorağa dolan bacısan,
Lap pöhrə çağından solan bacısan.
2008
* * *
Elə axınla gedirlər,
Lap həzər etməyin gəlir.
Qapısını o dünyanın
Yüyürüb örtməyin gəlir.
Bir qəfil səslə gedirlər,
Tələs-tələslə gedirlər,
Elə həvəslə gedirlər,
Qoşulub getməyin gəlir.
Belə diri qalmaq olmur,
Tutub yeri qalmaq olmur,
Köçdən geri qalmaq olmur,
Gedəni ötməyin gəlir.
2009
* * *
Göndərmişdi, başa vurdum,
Yaxşı — yaman, —
döşə vurdum.
Bu dünyasın dişə vurdum,
O dünyası, gəlirəm a…
Çəkdi yükün, boş getmədi,
Mənə çatdı, köç getmədi.
Bir də gördün, heç getmədim,
Mən bir azca dəliyəm a…
Savab mələk, günah mələk —
Hər çiynimdə — bir şax mələk.
Mən bir az xeyirxah mələk,
Bir az qisas mələyəm a…
2009
* * *
Niyə ağlayırsan, bacı?
Ağlamaqdan keçib daha.
Bu dərd sənə ürək açıb,
Köynəyindən keçir daha.
Tanıyıb yaxanı, seçib,
Bu ox gör kimə sancılıb?!
Qəlbimə yaxını seçib, —
Dərdin qəlbimə sancılıb.
Axıtma, gözünün yaşı
Dost qalır, düşmən isidir.
Yüklə ürəyinə, daşı, —
Dərd ürəyin çəkisidir.
2009
* * *
Yazmıram, yaratmıram,
Ağlıma heç nə gəlmir.
Gələnlər başla gəlir,
Dırnaqla, dişlə gəlmir.
Duyğular xəsisləşib,
Niyyətlər xəbisləşib.
Yaxşı nə var, pisləşib,
Gələndə xoşla gəlmir.
Yazdığın cırıb gəlir,
Tilsimi qırıb gəlir.
Gəlsə, cin vurub gəlir,
Ağılla, huşla gəlmir.
2008
* * *
Çətini
uzaqda qalıb.
Sənə doğru
atdığım addımlardan
bir şey çıxmadı.
Çünki
mən
aşağı enən
eskalatorla
yuxarı çıxmaq
istəyirdim.
* * *
Müsəlman qılıncının
qılınc müsəlmanı var.
* * *
Ağac
kökündən,
insan
budağından kök atar.
Kökü olmasa
ağacın,
budağı olmasa,
insanın
kökü kəsilər.
2008
* * *
Məhəbbət
üzümə çəkilən
Ay işığı,
Bəxtimə yazılan
rəngin
ağıdır.
Məhəbbət
duyğuların
Allahı-
ancaq
Allahdan
aşağıdır.
Məhəbbət
gəncliyimin,
ahıllığımın,
qocalığımın
böyümək
istəməyən
şıltaq uşağıdır.
Ruh
əbədidirsə,
Cəhənnəmi
Cənnətindən
dadlı Dünya
ruhun
məhəbbət çağıdır.
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1152
POEZİYA
Firuzə MƏMMƏDLİ
BU QALANIN
Qala şəhəri — İçərişəhər,
bu gün sənin içində
nələr baş verir?!
İgidləri papaq altda çox qalmadı,
Xainləri itib-batdı, çoxalmadı.
Daş da olsa, sinəsində ox qalmadı
Bu qalanın.
Bürclərində nəyi vardı, yelə verdi,
Dözümlüydü, it də olsa, yola verdi.
Satılmadı, zaman özü ələ verdi
Bu qalanı.
Hər döyüşdən sonra bir boy ucalırdı,
Tarix onda qədimləşir, qocalırdı.
İgidləri duruşundan güc alırdı
Bu qalanın.
Nə azmanlar görmüşdü o, bürc ovcunda, —
Uyumazdı, vaxt — gözündə, güc — ovcunda.
Qoç igidlər yetişərdi qoç ovcunda
Bu qalanın.
Bir vaxt qəfil top səsindən dara düşdü,
Eh, nə oldu — tor quranı tora düşdü, —
Ayağının altındaca gora düşdü
Bu qalanın.
Gedənə də, gələnə də şahiddi o.
Sahiblənmək istəyənə sahibdi o.
Ömür olub, ömürlərə sahildir o, —
Cırnatmayın bu qalanı.
2008
SÖZ
Çapdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.
Çətininə çiyin verdim,
Asanında sındım sözün.
Yandım, bişdim ocağında
Əhdim sözün, andım sözün.
Uzaqda yox, alnımdaydı,
Açar oldum söz qəlbinə.
Xoş üzümlə, sərt üzümlə
Məni saldı öz qəlbinə.
Nə sirri var, açdı-tökdü,
Mənə saldı mehrini də.
Əziz tutdu, mənə qızdı
İmzasını, möhrünü də.
Saydım, seçdim, incələdim,
Öpdüm əlin halal sözün.
Durdum elə qulluğunda
Anam sözün, balam sözün.
Söz — hasardı, söz — divardı,
Dünyanın iç qapısıdı.
Açmadınsa, düz divardı,
Açdınsa, keç, qapısıdı.
2008
TƏZƏ İL NOVRUZDUR
Gah yağış yağacaq, gah qar səpəcək,
Göyün sinəsində nə var, səpəcək.
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.
Nə verib alammır qış bu fəsildən,
Aşır başımızdan iş bu fəsildə.
Bir budağa quş ol, uç bu fəsildən,
Bahara aparan yolumuza alqış.
Tonqallar çırtlayır yollar boyunca,
Şamlar, yelləncəklər — oyun-oyuncaq.
Mahnılar, oyunlar, rəqslər — doyunca, —
Yallıya çatılan qolumuza alqış.
Kosa saqqal umur təkədən bu gün,
Doyammır loxmadan, tikədən bu gün.
Qışın bağrı çatlar hikkədən bü gün,
Bu gündən başlayan ilimizə alqış.
Döyür qapıları Axır çərşənbə,
Əfsanə çərşənbə, nağıl çərşənbə.
Dolur papaqlara noğul çərşənbə,
Yeni halımıza, günümüzə alqış.
Dilin də, dinin də qədimi — bizdə,
Pirin, peyğəmbərin qədəmi — bizdə.
Axtarsan, taparsan Adəmi bizdə,
Halal yurdumuza, yerimizə alqış.
Gah yağış yağacaq, gah qar səpəcək,
Dünyanın başına bahar səpəcək,
Təzə il Novruzdur, Novruza alqış.
2009
GÜLƏ — GÜLƏ
Bu da bir ömürdü, sərt üzü — səndə,
Bu da bir gecədi, gündüzü- səndə,
Keçdiyin küçədi, ən düzü — səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.
Çəkildi əlçatmaz göyün bu bəxtə,
Düşmədi eşiyin, evin bu bəxtə.
Sınma, gileylənmə, sevin bu bəxtə,
Gəldisə ömrünə gec gülə-gülə.
Alış; doğmasına, yadına baxma,
Yaşa; ünvanına, adına baxma.
Sevda şərbətdisə, dadına baxma,
Verilir, çək başa, iç gülə-gülə.
Nədir taleyində bu ağ, bu qara?!
Paran bütövləşməz, bütövün — para.
Səni əzablara, iztirablara
Əkəni ömründən biç gülə-gülə.
Canından artıqmı can qoyduğun kəs?!
Heç kəs arşınını sən qədər ölçməz.
Ya qopar qəlbindən, ya qoparma, döz,
Axır ki, birini seç gülə-gülə.
Bu da bir ömürdü, sərt üzü — səndə,
Bu da bir gecədi, gündüzü — səndə,
Keçdiyin küçədi, ən düzü — səndə,
Niyə çəkinirsən? Keç gülə-gülə.
2009
* * *
Bir yarımçıq şeirim ola,
Qayıdam, gələm üstünə.
Söz mənim üstümə qaça,
Mən qaçam qələm üstünə.
Susmaqdan yorulub qaçam,
İş-gücdən dərilib qaçam,
Ölüyəm, dirilib qaçam,
Diriyəm, öləm üstünə.
Geninə-boluna düşə,
Oxucu toruna düşə, —
İş-gücüm yoluna düşə;
Tökülə aləm üstünə.
Bilirəm ki, yenə qalan,
Bəlkə, aya, günə qalan,
Pay-pürüşdən mənə qalan
Ömrümü böləm üstünə.
2008
QURUYAN AĞACLARIN
Payızın sarı simidir,
Qəribdir, ömrüm kimidir.
Doğranır, ağrı dəmidir
Bu quruyan ağacların.
Ağarası günü yoxdu,
Qılınc imiş, qını yoxdu.
Vur boynunu, qanı yoxdu
Bu quruyan ağacların.
Nə meyvəsi, nə dadı var,
Nə anılası adı var.
Dondun, isidən odu var
Bu quruyan ağacların.
2008
SƏN BELƏ İSTƏDİN, QOY OLSUN, NƏ QƏM
Dəli sevdaların ipini çəkdim,
Keçirdim ağlımı vaxt ələyindən.
İstək yollarından izimi çəkdim,
Sildim bu borcu da öhdəliyimdən.
Nə məni axtarar, nə səni tapar,
Qalan duyğuların gözü tox daha.
Arayar öləni, itəni tapar,
Yaddan — yadı tapar, səni yox daha.
Sən mənə — yox kimi, mən — sənə indi,
Yaxınlıq bilməyən həddə durmuşuq.
Maraq hədəfiyik yetənə indi,
Bir yetik ünvanda, adda durmuşuq.
Təsbehəm əlində xatirələrin,
Fikrimin sapında hər gün — bir dənə.
Çəkib isti, soyuq gün dənələri,
Atıram dünənə, srağagünə.
Başqa gün olacaq sabah, bilirəm,
Sabahdan sonra da sabahlar — sənsiz.
Yenə olacağam, vallah, bilirəm,
Necə var idimsə qabaqlar sənsiz.
Sən belə istədin, qoy olsun, nə qəm!
Mən də bu istəyin ortağı idim.
Sən deyən elə də aciz deyiləm,
Mən səni itirmək qorxağı idim.
2009
ÇOXUMUZDAN CAVAN BACISAN
                       Ağır xəstə yatan bacım Həziran üçün
Ömründü ətirli yaz çiçəkliyi,
Niyə əzizlədin bu qış təkliyi?!
Götürdün çiyninə ağbirçəkliyi,
Baxma, çoxumuzdan cavan bacısan.
Di dur, qalx ayağa, yatdığın bəsdi.
Səni yumşaq yataq doğradı, kəsdi.
Sən axı hamıdan, axı hər kəsdən
Əvvəl bir qurtuluş bulan bacısan.
Yastıqlar dəstəkdi hər qoltuğunda,
Yatırsan bir qansız şər qoltuğunda.
Üstünə qaçırdıq dərd qoltuğunda,
Bizə arxa, dayaq olan bacısan.
Nə idi qəddini əyən, bilmirik,
Sorursan, necəyik, deyə bilmirik.
Ay yastığı yüngül, bəyəm, bilmirik,
Hamımızın dərdinə qalan bacısan.
Ömür — qayğı yüklü ağır qatardı,
Alıb hərəmizi, bir yola vardı.
Əlimiz uzandı, sənə çatardı,
Neynək, ağrımızı alan bacısan.
Əhvalayrıcda da, halayrıcda da,
Sən biz soraqlısan ilayrıcda da.
Elə bu durduğun yolayrıcda da
Soraqdan-sorağa dolan bacısan,
Lap pöhrə çağından solan bacısan.
2008
* * *
Elə axınla gedirlər,
Lap həzər etməyin gəlir.
Qapısını o dünyanın
Yüyürüb örtməyin gəlir.
Bir qəfil səslə gedirlər,
Tələs-tələslə gedirlər,
Elə həvəslə gedirlər,
Qoşulub getməyin gəlir.
Belə diri qalmaq olmur,
Tutub yeri qalmaq olmur,
Köçdən geri qalmaq olmur,
Gedəni ötməyin gəlir.
2009
* * *
Göndərmişdi, başa vurdum,
Yaxşı — yaman, —
döşə vurdum.
Bu dünyasın dişə vurdum,
O dünyası, gəlirəm a…
Çəkdi yükün, boş getmədi,
Mənə çatdı, köç getmədi.
Bir də gördün, heç getmədim,
Mən bir azca dəliyəm a…
Savab mələk, günah mələk —
Hər çiynimdə — bir şax mələk.
Mən bir az xeyirxah mələk,
Bir az qisas mələyəm a…
2009
* * *
Niyə ağlayırsan, bacı?
Ağlamaqdan keçib daha.
Bu dərd sənə ürək açıb,
Köynəyindən keçir daha.
Tanıyıb yaxanı, seçib,
Bu ox gör kimə sancılıb?!
Qəlbimə yaxını seçib, —
Dərdin qəlbimə sancılıb.
Axıtma, gözünün yaşı
Dost qalır, düşmən isidir.
Yüklə ürəyinə, daşı, —
Dərd ürəyin çəkisidir.
2009
* * *
Yazmıram, yaratmıram,
Ağlıma heç nə gəlmir.
Gələnlər başla gəlir,
Dırnaqla, dişlə gəlmir.
Duyğular xəsisləşib,
Niyyətlər xəbisləşib.
Yaxşı nə var, pisləşib,
Gələndə xoşla gəlmir.
Yazdığın cırıb gəlir,
Tilsimi qırıb gəlir.
Gəlsə, cin vurub gəlir,
Ağılla, huşla gəlmir.
2008
* * *
Çətini
uzaqda qalıb.
Sənə doğru
atdığım addımlardan
bir şey çıxmadı.
Çünki
mən
aşağı enən
eskalatorla
yuxarı çıxmaq
istəyirdim.
* * *
Müsəlman qılıncının
qılınc müsəlmanı var.
* * *
Ağac
kökündən,
insan
budağından kök atar.
Kökü olmasa
ağacın,
budağı olmasa,
insanın
kökü kəsilər.
2008
* * *
Məhəbbət
üzümə çəkilən
Ay işığı,
Bəxtimə yazılan
rəngin
ağıdır.
Məhəbbət
duyğuların
Allahı-
ancaq
Allahdan
aşağıdır.
Məhəbbət
gəncliyimin,
ahıllığımın,
qocalığımın
böyümək
istəməyən
şıltaq uşağıdır.
Ruh
əbədidirsə,
Cəhənnəmi
Cənnətindən
dadlı Dünya
ruhun
məhəbbət çağıdır.
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1152