KİV

Zamandan zamana damsa, söz damar

firuzaglavnya

Firuzə xanım, illər öncəsi yazdığınız şeirlərinizdən birində «Səni duymadığım anı bağışla, ağlım hisslərimi yönəldə bilmir» — deyirsiniz. Aradan vaxt ötüb, zaman adlayıb. Ağlın hiss üstündəhakimlik etdiyi bir yaşamla aranız necədir?

— Bu misralar ömrümü-günümü, ağlımı, hissimi, bütün varlığımı tədqiqinə, təbliğinə, saflığının qorunmasına, leksik-semantik qütblərinin genişlənməsinə və zənginləşməsinə sərf etdiyim doğma dilimizi vəsf edən «Dilim» şeirindəndir..

Dil insan üçün müqəddəs olan varlıqlardan biri, bəlkə də (şübhəsiz) birincisidir. Çünki hər bir xalqın milli varlığının  ilkin göstəricisi onun milli dilidir. Bu barədə çox demək, çox danışmaq olar. Keçək sualın cavabına: Nədə olsa da, dilə münasibətdə mən ağlı hissə tabe etməmişəm. Bəs belə olduqda ağlın hissləri yönəldə bilməməsini nə ilə izah etmək olar? Bir baxın, görün nə deyir şeirin davamı: «Soyuqluq dünyanın özü boydadır, İçindən çölünə isitmək olmur». Bəli, ana dilinin doğmalığı, istiliyi, enercisi gendən gəlmə bir şeydir. Onu heç nə əvəz edə bilməz. Doğma ana istəyini əvəz edən başqa bir istək olmadığı kimi. Amma özü boyda soyuqluğun içində doğmalığını gündən-günə itirən dünyada necə yaşayasan ki, dilinə, vətəninə, elinə-obana, ata-anana yaxın və əziz bildiklərinə istəyini, məhəbbətini qoruyub saxlaya biləsən?!

Cavabı bəlkə şeirin davamında axtaraq?!

 

Yoxa çıxanları ara sözündə,

Sözünün içində gizlənir hamı.

Söz de, gizlənsən elə özün də,

Zamandan-zamana damsa, söz damır.

 

Nə yaxşı ki, söz var. Dilin barı-bəhəri söz. Вə soyuqluгdan dərbədər olub xaos fəlakətində çaбalayan dünyanın silib atdığını, ilim-ilim itirdiyini zaman-zaman qoruyub saxlayan, nəsildən-nəslə ötürən söz: Dədəm Qorqud sözü, Nizami Gəncəvi sözü və s. Məgər biz bütün böyük şəxsiyyətlərimizi-filosoflarımızdan, loğmanlarımızdan tutmuş şairlərimizə qədər, onların öz sözlərinin içindən dиnləyib əzizləmədikмi?! «Zamandan-zamana daman» söz əliboş gəlмir, söz sahiblərini də qovuşdurur gələcək nəsillərə.

Sualın  qoyuluşu elədir ki, bu şeiri misra-misra incələməyə sövq edir.

Amma bir iş də var: mən doğurdanmı ömrüm boyu dilimə olan basqılara uyub, ona arxa çevirmişəm. Yox, əsla yox!

Bu günün özündə  də dilimizin lüğət tərkibinə aramsız şəkildə axın edən, дцканларын vitrinlərindən sanki anlaya bilmədiyin üçün sənə rişxənd edən əcnəbi sözlərin qarşısında tədris etdiyim dil dərslərində üzüмü tələbələrimə tutub deyyirəm: «Sevin dilimizi, ananızı sevdiyiniz kimi; Sevin Vətənimizi atanızı sevdiyiniz kimi. Hələ ki, belə sevin. Sonra görəcəksiniz ki, atadan da, anadan da əziz – Vətən var, doğma dil var».

Bir də… Nəyi demək istəyirəm: «Səni duymadığım anı bağışla» misrası barədə.

Bilirsinizmi, mən şeirlərimin əksər qismini birinci şəxsin dilindən səsləndirirəm. Deməliyəm ki, bu şeirlərdəki lirik «mən» ümumiləşmiş obrazdır. Hamı özü üçün «mən»dir. Yanımdakı üçün «sən»dir, uzaqdakı üçün «o» dur. Yəni «mən» nə qədər konkret ünvan daşıyıcısıdırsa, bir o qədər də ümumi  və mücərrəd anlayışdır. Əslinə qalsa, «Səni duymadığım (mən) anı bağışla» misrası hamıya aiddir. Dili, Vətəni, valideyinləri qarşısında azacıq da olsa, günahı olanların hər biri diz çöküb bu müqəddəslər qarşısında üzr istəməlidir.

Sualda qoyulan «ağlın hissə üstünlüyü» məsələsi əlbəttə ki, ömrün müdrik çağlarına aiddir. Mənim üçünsə hiss və ağıl ömrümün bütün fəsillərində qoşa qanadım olub. Bu tarazlığın pozulmasını heç istəməzdim.

Adamların iynənin gözündən keçdiyi bir dünyada sizin keçdiyinizin də çəmənlik olmadığı şeirlərinizin hər sətrindən boylanır. Nədəndi belə, bu ana adama «dünyaca sevgimiz çatmadı nədən? Nədən ögəy olur adam-adama?»

— Canım-gözüm, əgər bu «nədənliyə» cavabım olsaydı, elə o şeirdə deyərdim də… Ta deməzdim ki,

 

Sözdü də, deyirəm, eh, mənə nə var?!

Zamanın qurğusu ta mənlik deyil.

İynənin gözündən keçir adamlar,

Mənim də keçdiyim çəmənlik deyil.

 

Elə bu cavabsızlıqdı ki, «güllənin gözündən keçirə» bilmədiyi adamlardan biri kimi məni də «iynənin gözündən» keçirir…

— «Budağından ta kökünə dırmaşacam zamanın»– deyən Firuzə Məmmədli indi özünü zamanın hansı qatında hiss edir?

 

Ömrü axşama əyilir

Mən yaşayan zamanın.

Budağından ta kökünə

Dırmaşacam zamanın.

 

— Şeir bir növ özümə, taleyimdəki gətirməzliklərə istehza ifadəsidir. «Budağından ta kökünə dırmaşacam zamanın» misraları insan ömrünün (ömür ağacının) kökünə – torpağın alt qatına işarədir. Əlbəttə, uşaqlıq-gənclik – qocalıq… Zamanın budağından kökünə yürüş deyilmi? Bu yürüşün sonunda  nə gözlənilir? Bir qədər bədbin olsa da, mən özümü artıq həmin qatda hiss edirəm. Hər şeyin əsasında stimulsuzluq durursa, özünü aldatmağın mənası nədir?!

Sanki bu dünyanın nemətləri, gözəllikləri şairlər, yazıçılar üçün deyil. Həyatı şirinləşdirən  «gözəl dünya» duyumu aşılayan stimulların qədərlənmədiyi mənəvi durumu təsəvvür etmək heç də çətin deyildir.

— «Mən bir az xeyirxah mələk, bir az qisas mələyəm a…» xəbərdarlığınız sizi əhatə edən çevrəyə nələri diqtə edir?

— Deyəsən məni öz sözümlə tutmaq istəyirsiniz. Qardaş, şairin qisası nə ola bilər? Əsrlərlə yaşaya biləcək kəskin bir həcv! Bir halda ki, göstərilən münasibətlərin özü şairi qisasa sürükləyir.

Amma məsələyə bir qədər dərindən yanaşsaq, şair də insandır, inciyə də bilər, küsə də bilər, hirslənib əlindən xəta da çıxa bilər. Məgər səni gizli vuranı sən aşkar vura bilməzsən? Bir də ki, şair uzaq başı mərhum xanəndəmiz Qulu Əsgərov demişkən, «Mənimlə düz dolan, küsərəm səndən, Məndə dostluq da var, biganəlik də», — deyə bilər.

Amma biganəliyin «qisas» olub-olmaması qarşı tərəfin münasibətindən asılıdır. Əgər bu münasibət cazibə mövqeyindədirsə, əlbəttə qarşı tərəf üçün zərbədir (qisasdır). Belə «qisas» sevgililər arasında ola bilər. Yəni bu «vur, vurum» yox, «vurmasan da, vuracağam» dünyasına göndərəcəyin mesac daha necə olmalı idi?!

Şeirə qalanda… Əlbəttə ki, mən  də bir növ tikansız olmadığımı ismarlamaq istəmişəm.

— «Mənə düşən iki sözdü – birin dedim, biri qaldı» misralarının müəllifi Firuzə Məmmədli söyləmədiyi o sözü qulağıma desə, necə ifadə edərdi?

 

— Əslinə qalsa, mən demədiyim sözləri də dediyim sözlərin alt qatında demişəm.

Sizin fəhminiz bu sözləri heç şübhəsiz ki, göydə tutub. Əks halda, qulağınızı mənə belə səxavətlə təqdim etməzdiniz.

 

— Bir zamanlar dəryanı göylərdən endirən, damlanı yerdən istəmə yazanFiruzə Məmmədli indi göylərin həmin durumda qaldığına əmindirmi?

 

Dəryanı göylərdən endir,

Damlanı Yerdən istəmə.

 

— Misralar bütövlükdə metoforik planda verilib. Dərya Yerdə, damla Göydə olduğu halda, bu yerdəyişmə nəyi ifadə edir? Göy — əlçatmazlıq, ucalıq, təmizlik, müqəddəslik rəmzidir. Dua edəndə də, dilək diləyəndə də əlimizi эöyə açırıq. Mələkləri göydə təsəvvür edirik. Üzümüzü Tanrıya tutanda Göyə baxırıq. Peyğəmbər Əleyhissəlamın  meracı göyün yeddinci qatı ilə bağlıdır.

Lakin эöylər elə də səxavətli deyil ki, hər diləyi eşidə və ona «Dərya» (bolluq) bağışlaya. Bu göylərin xəsisliyi yox, əlçatmazlığıdır. Əlçatmazlıq isə həmişə ona yetişmək, qovuşmaq, o ucalıqda durmaq arzusunu doğurur. Bu arzunu reallaşdırmaq elə «Dəryanı (mümkünsüzü) göylərdən endir»məyə bərabər şeydir.

Bəs onda Yerin — bu qədər sərvəti olan, canlı və cansız nə varsa, hamısını qoynunda bəsləyən Yerin günahı nədir ki, ondan bir «damlanı» (zərrəni) belə götürməyi özünə man biləsən? İş günahda da deyil. İş ondadır ki, dünyanın nazı-neməti, zər-zibası, külli sərvəti Yerdə cəmləşib. Yer — metoforik planda sərvət sahibləri, monopolistlərdir. Və hünərin var, onlardan bir «damla» (zərrə)  istə. Lap haqqın olsa belə, bu istək baş tutan deyil. Odur ki, özünü yüngülsaqqal etmə.

«Göylərin yerində qalmasına» gəldikdə, эöy elçə yerindədir, amma deyəsən xeyirxah mələklərdən çox, şər qüvvələrin monopoliyasındadır. Nağıllarda эöydən üç alma düşərdi, Göylər Simurq quşlarının xeyir gətirən qanadları ilə bəzənərdti. Günəşi, Ayı, уlduzu ilə ilhamlandırardı təbb sahiblərini.

Əlbəttə, Günəş də. Ay da, уlduzlar da öz yerindədir. Amma daha o təbb yoxdur. Reallıq daha basqılıdır. İndi göylərdən «üç alma»nın düşməsi nağıl deyil. İndi göydən dəmir -dümür yağır, qara neft, qurbağa yağır göydən:

 

Daşın, dəmirin nə günahı varmış? —

Yağdırır göylərdən yenə Göy kişi.

Başımız möhkəmdir dəmirdən, daşdan,

Yağdırma, sındıra bilməz, ey kişi.

 

Başımıza fikirdən çox, daş, dəmir yağır göydən.

Bununla belə, Göy əlçatmazlığı mənim üçün həmişə mövcuddur və bu əlçatmazlığa inadla can atan, axtardığını tapanda «Ay inadım, nə yaxşı ki, geri durmadın» — deyib, uşaq kimi sevinən bir şairə var damlası ona qıyılmayan bu Yer məkanında.

 

Xanım şairələrin misra-misra sevilməyini arzu edibsiniz… Bəs, rəfdə cild-cildunudulmasına necə baxırsınız?

 

— Qoy bu sualın cavabını йедди cildlik «Seçilmiş əsərlər» müəllifi olan qadın şairi unudanlar, yada salmaq istəməyənlər versin.

Mənə qalanda, deyə bilərəm ki, əgər burada monopoliya barmağı yoxdursa, demək 1937-ci illərin davamı var. Ümumiyyətlə, bizdə qadın sənət adamlarına münasibətin meyarı SSRİ dövrünün ölçülərindən kənara çıxmamışdır. Əvvəlki şəxsi münasibətlər çərçivəsində qiymətləndirmə və qiymətləndirilmə bu gün də qüvvədədir. Hamının yaradıcılığı göz qabağındadır. Görən görür, bilən bilir. Nəyisə bayraq edib gözə kül üfürmək lazım deyil. Qadın hüquqları, demokratik normalar nədənsə yazıçı və şair qadınlara çatanda qüvvədən düşür.

Bu barədə çox şey deyə bilərəm. Amma gözləyək görək bizi unudanlar nə deyəcək.

Rəhmətlik Arif Əmrahoğlu yazır ki, Firuzə Məmmədli xanım-xatınlığını bədii əsərlərində qoruyub saxlayır, amma qadır poeziyası yaratmır. Öz axtardığını və isədiyini tapır. Buna necə nail olursunuz?

 

 

— Mən şeir yazanda qarşıma məqsəd qoymuram ki, nəyəsə nail olum.  Əgər «qadın poeziyası» yaratmıramsa, demək kişi poeziyası yaradıram. Yaratdığım hər nədirsə, mənim düşüncə tərzimdir. Bir də ki, «qadın poeziyası», «kişi poeziyası» ifadələri işlənsə də, mənim üçün heç bir məna kəsb etmir. İnçsan var, həyat var, mənəviyyat var. Bir də var, ətraf mühitin, bizdən xaric aləmin tərəfimizdən qəbul edilmə imkanları. Təbii ki, mənfi emosiyalar  məni daha tez çulğalayır və mən gördüyüm, eşitdiyim  nə varsa, hamısını məndən gəlib keçən bir təsir olaraq qəbul edirəm.  Ağrıyıram, göynəyirəm, əsəbləşirəm, içimdən  etiraz nidaları eşidirəm. Bir sözlə daxili aləmim bu mövzuda şeir meydana gələnə kimi məni ələk-vələk edir. Başqa cür  ola bilmirəm. Seyрçilik mənlik deyil. Olmuşlara, olanlara laqeyid qala bilmirəm. Bir çox hallarda da olacaqların ab-havasında yaşayır və belə halda nə olacağı barədə düşünmədən yazıram. Bir müddət sonra hadisə baş verəndə… Xeyir bu falçılıq deyil. Bu çoxdan qəbul olunmuş bir fikirdir ki, yaradıcı şəxslər olacaqları qabaqlaya bilir. Tək mənə aid xüsusiyyət deyil.

Mənim üçün ümumiyyətlə poeziya var, poetik duyum var, üslub fərdiliyi var… Əgər mərhum tənqidçimiz (Allah ona qəni-qəni rəhmət eləsin) Arif Əmrahoğlu mənim poeziyamda yüksək məziyyətlər görürdüsə, demək burada da həqiqət var. Bu mənim lap ilk gənclikdən, əlimə qələm aldığım vaxtdan belə başlamağım, belə davam etməyim və belə formalaşmağımla bağlıdır.

Heç vaxt düşünməmişəm ki, şeirdi də yazıram, onsuz da redaktə olunacaq. Heç bir redaktəyə dözümüm yoxdur. Şeirlərimə fərdi  məziyyət verən cəhətlərdən biri də mənim dilçilik sahəsindəki fəaliyyətim və elmi tədqiqatlarımdır. Bəzən ifadələrimə irad tutmağa səy edirlər. Məsələn, «Qapından izimi yolub gedirəm» misrasında  «yolub» sözünü «silib»lə əvəz etməyi məsləhət biliblər. Etiraz etmişəm. «Silib» işlətmək olmaz. Çünki ləkəni silərlər. Mənim izlərim isə o qapıya ləkə gətirməyib və ləkə salmayıb. «Yolub» sözü ona görə yerindədir ki, bu sözün daxili  informasiya planında «bitmək» anlamı mövcuddur. Ot bitir — yolursan, gül kolu bitir — yolursan, hətta qanqal bitir — yolursan.  Və bir də bir yerə çox gedib-gələn adam üçün deyirlər: «Nə bitmisən o qapıda?!» Bax, bu mənada «yolub» sözü yerində işlənib. Amma indiki gənclik (əlbəttə hamısı yox) çox təəssüf ki, sözlərin mövqeyində belə məqamlara fikir vermir.  Elə sözlər var ki, onlar müsbət enerci daşıyıcılarıdır. Belə sözləri  kədərli hadisələrin, mənfi emosiya yaradan epizodların təsirində işlədəndə söz yerinə düşmür.

Siz çağdaş poeziyamızın aparıcı simalarındansınız, özünüz də  bilirsiniz ki, bu belədir. Ona görə də bu barədə söhbəti uzatmaq fikrində deyiləm. Olsun ki, bu mövzuda silsilə məqalələr üzərində işlədim. Ümumiyyətlə, nail olmağın yekunu nailiyətdir.

— Nailiyyətlərimi görənlərə minnətdarlığımı bildirirəm.

 

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

Firuzə Məmmədli: «Şeiri nəsrə qısqandım…»

«Kaspi» qəzetinə verilmiş müsahibə: ədəbi söhbət

Firuzə Məmmədli hesab edir ki, poeziyada həvəskarlıq ola bilməz…

Müsahibim şairə Firuzə Məmmədli yaradıcılığa 60-cı illərdə gəlib. Müxtəlif illərdə 23 kitabı çap olunub. 4 monoqrafiyanın, 6 bədii tərcümə əsərinin, 130 elmi və publisistik məqalənin müəllifidir. Filologiya elmləri namizədi, Pedaqoyi Universitetin dosentidir. Əlişir Nəvai mükafatçısıdır. Bundan başqa, İ.İsmayılzadə adına, R.Rəsulzadə adına Beynəlxalq mükafatlara və N.Rəfibəyli mükafatlarına da layiq görülüb. (далее…)

Bədii həqiqətin poetikası

Azərbaycan poeziyasının görkəmli nümayəndələri sırasında poeziyasının orijinallığı, bədii təfəkkürünün genişliyi ilə heyranlıq doğuran, məxsusi yaradıcılıq ovqatı ilə diqqət çəkən istedadlı şairələrdən biri Firuzə Məmmədlidir. O, təkrarsız və təravətli obrazları, fərdi ifadə tərzi, mənəvi-əxlaqi təsəvvürlərindən qaynaqlanan lirik-epik qənaətləri, həmçinin digər orijinal poetik məziyyətləri ilə çağdaş peziyamızın aparıcı simalarından birinə çevrilmişdir. Onun poetik düşüncələrinin fərdiliyi yaradıcılıq simasını müəyyənləşdirməklə yanaşı, əsərlərinin ideya -bədii, estetik dəyərini artırır.  (далее…)

Zəngin yaradıcılığın yeni səhifələri

Tanınmış şairəmiz Firuzə Məmmədlinin gərgin, çoxşaxəli yaradıcılıq əməyinin bəhrəsi olan “Seçilmiş əsərləri”nin V cildi bu yaxınlarda işıq üzü görüb.

Hələ gənc yaşlarından ədəbiyyat aləminə – şeirə, poeziyaya gələn, hər misrasında bir insan ömrü gizlənən şairənin “Seçilmiş əsərləri”nin V cildində onun, yaradıcılığı haqqında yazılan məqalələr, povestləri, hekayələri, səfər qeydləri, müsahibə və məqalələrindən nümunələr toplanıb. (далее…)

“Aşacağam zaman adlı sədləri…”

Son illər qloballaşan dünyada Azərbaycan ədəbiyyatının da özünəməxsus rolu, yeri, mövqeyi hiss olunmaqdadır. Dünya ədəbiyyatının dəyərli nümunələri ana dilimizə çevrilir, nəşr olunaraq oxucularımızın ixtiyarına verilir. Ölkəmizdə Prezident İlham Əliyevin məlum sərəncamlarıyla dövlət səviyyəsində 150 cildlik xarici ədəbiyyat kitabxanası silsiləsindən dünya bədii söz sənətində tanınan ən görkəmli yazarların dəyərli əsərləri kütləvi tirajla nəşr olunmaqdadır. Bundan əvvəl isə 2004-2009-cu illər ərzində də ölkə rəhbərinin məlum sərəncamları ilə dünya ədəbi-bədii söz sənətinin ən dəyərli nümunələri kütləvi tirajla, latın qrafikalı əlifbayla çap edilib və respublika kitabxanalarına paylanılıb. (далее…)